...

VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI SEÇKİ BLOKUNUN MİTİNQİ BAŞ TUTDU

Siyasət Materials 24 Sentyabr 2005 17:42 (UTC +04:00)
VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULARI SEÇKİ BLOKUNUN MİTİNQİ BAŞ TUTDU

Vətəndaş cəmiyyəti quruçuları seçki blokunun setnəyabrın 24-nə saat 16.00-a Qələbə məydanında təyin olunan mitinq saat 16.30-da başlanıb.

Trend verdiyi xəbərə görə, buna səbəb adıçəkilən blokun rəhbəri İsgəndər Həmidovun yubanması olub.

Mitinqi açan Azərbaycan Milli Demokrat Partiyasının sədrinin müavini Şəmsəddin Rəhimli çıxış edərək seçki məcəlləsinin və yerlərdə namizədlərin hüquqlarının pozulduğu bildirib. Sonra söz Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənova verilib. O, çıxışında bildirib ki, seçkilərin saxtakarlaşmasının qarşısını almalıyıq.

Mitinqə qatılan Musavat partiyasının sədr müavini Rauf Arifoqlu tribunaya qalxaraq bildirib ki, biz hakimiyyətə "yox" deməliyik. Qüvvələrimizi birləşdirib iqtidara qarşı çıxmalıyıq.

R. Arifoqlu çıxışı zamanı aksiya iştirakçılarını Azaldlıq blokunun sentabrın 25-də "28 may" meydanında keçirəcəyi mitinqə dəvət edib.

İ. Həmidov çıxışında Azərbaycanın üzləşdiyi problemlərdə məsuliyyətin iqtidarın üzərinə düşdüyünü bildirib. "Biz seçkilərin iqtidar tərəfindən saxtalaşdırılmasına imkan verməməliyik". Eyni zamanda o iqtidarı istefaya çağırıb.

Dinc şəraitdə keçən mitinq saat 18.00-da başa çatıb. AMDP-nın sədrinin müavini Bakir Həsənbəyli mitinqə gələn iştirakçıların sayının on mindən yuxarı olduğunu bildirib. Lakin polis əməkdaşları mitinqə gələnlərinin sayının 300 nəfərədək olduğunu qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti