...

MÜVƏQQƏTİ SAXLANMA YERLƏRİNDƏ ƏSASƏN QANUNSUZ NARKOTİK MADDƏ SATANLAR VƏ BƏDƏNƏ AĞIR XƏSARƏT YETİRƏNLƏR SAXLANILIR

Siyasət Materials 28 Sentyabr 2005 18:03 (UTC +04:00)

Sentyabrın 18-də Avropa Şurasının İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudovla onun müavini Bayram Sadıqov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan bir neçə müvəqqəti saxlanma yerində növəbəti monitorinqlər keçirib. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, monitorinqlər Əlibayramlı, Salyan və Neftçala rayonlarında keçirilib. E.Behbudov: "Yoxlama nəticəsində elə bir ciddi nöqsan aşkar etmədik. Dustaqlarla söhbət etdik. Qeyd edim ki, hazırda həmin saxlanma yerərində əsasən qanunsuz narkotik maddə satmaqda və bədənə ağır xəsarət yetirməkdə şübhəli bilinənlər saxlanılır. Dustaqların sayı da çox deyil. Saxlandıqları şəraitdən və polis işçiləri tərəfindən onlara göstərilən münasibətdən şikayətlərini eşitmədik. Monitorinqin nəticələrini ümumilikdə qənaətbəxş hesab etmək olar".

Elçin Behbudov bildirib ki, yaxın günlərdə yoxlamalar Azərbaycanın başqa rayonlarındakı müvəqqəti saxlanma yerlərində davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti