...

AZƏRBAYCAN PREZİDENTİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNƏ SƏFƏR EDƏCƏK

Siyasət Materials 29 Sentyabr 2005 14:23 (UTC +04:00)

İlin sonuna kimi Azərbaycan prezidenti İlham Əliyev Birləşmitş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın BƏƏ-dəki Fövqəladə və Səlahiyyətli səfiri Eldar Səlimov məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısına rəsmi dəvətnamə bir qədər əvvəl təqdim olunub və indi qarşıdakı səfərin tarixi müəyyənləşdirilir.

Hazırda tərəflər səfər proqramı üzərində işləyirlər. "Səfərin gedişində ikitərəfli ticarət-iqtisadi və humanitar münasibətlər yönündə sənədlərin imzalanması gözlənilir", -deyə səfir qeyd edir. Həmçinin, ticarət-iqtisadi əməkdaşlıq barədə razılıq da daxil olmaqla, qarşılıqlı müdafiə və investisiyaların genişləndirilməsi, səhiyyə, təhsil və digər sahələr üzrə razılaşmaların böyük paketin hazırlanır. "Mən yaxın vaxtlarda onların imzalanacağına ümid edirəm və bununla da, Azərbaycanla BƏƏ arasında gələcək qarşılıqlı sərfəli əməkdaşlığın güclü təməli qoyulmuş olacaq", -deyə diplomat bəyan edib.

Xəbər lenti

Xəbər lenti