...

AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ ASTANAYA YOLA DÜŞÜB

Siyasət Materials 30 Sentyabr 2005 12:46 (UTC +04:00)

Sentyabrın 30-da ölkənin xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının növbəti 15-ci iclasında iştirak etmək üçün Qazaxıstan paytaxtına yola düşüb. Bu barədə Trend ə Azərbaycanın XİN-dən məlumat verilib.

İƏT-nın Nazirlər Şurasının iclasının gündəliyində təşkilavtın regionda müuhüm layüihələrin həyata keçirilməsi üçün kordinator-ölkələrin müəyyən etdiyi Ticarət razılaşmaları barədə strukturların (İƏT-nın katibliyinin təyin etdiyi təşkilati strukturuna yenidən böaxılmaqla) işə qəbul və rotasiya işlərinin mexanizminin təkmilləşdirilməsi və digər məsələlərin müzakirəsi daxildir. İclasda aparılan müzakirələrdən sonra müvafiq sənədlər qəbul ediləcək.

Türkiyə, İran, Pakistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Əfqanıstan İqtisadi Əçməkdaşlıq Təşkilatının sıralarına təşkilatın 9-cu sammitində daxil olub. Strukturun Nazirlər Şurasının 16-cı iclasının 2006-cı ildə Bakıda keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti