...

BRUNO QRANDİ: "BAKI DÜNYA ÇEMPİONATININ TƏŞKİLİNƏ HAZIRDIR"

Siyasət Materials 3 Oktyabr 2005 17:28 (UTC +04:00)
BRUNO QRANDİ: "BAKI DÜNYA ÇEMPİONATININ TƏŞKİLİNƏ HAZIRDIR"

"Təşkilatçıların Bakıda bədii gimnastika üzrə dünya çempionatına hazırlığı mənim xoşuma gəldi". Müsabiqənin başlanması ərəfəsində keçirilən mətbuat konfransında bu barədə Beynəlxalq Federasiyanın (FIG) rəhbəri Bruno Qrandi bəyan edib.

Trend in məlumatına əsasən, təşkilatın prezidenti yarışların keçirilməsində FIG-in üzləşə biləcəyi yeganə problemin münsiflərin işi və yeni qaydalar sistemindən ibarət olduğunu qeyd edib. "Mən hesab edirəm ki, referlər düzgün işləməli və bütün iştirakçıların çıxışlarını obyektiv qiymətləndirməlidir. Referlər şovinizmi unutmalıdır" - deyə B.Qrandi qeyd edib. FIG-in rəhbəri bildirib ki, münsiflərin işinə şəxsən nəzarət edəcək.

Öz növbəsində, FIG-in Texniki Komitəsinin rəhbəri Eqle Abruzini qeyd edib ki, dünya çempionatı yeni qaydalar üçün əsl test olacaq. "Təşkilatın İcra komitəsinin qərarına əsasən, mundialdan sonra qaydalara düzəlişlər edilə bilər.Buna görə də Bakıda verilən start bir çox parametrlərə görə göstərici olacaq" -deyə o fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti