...

ABŞ PREZİDENTİ MÜQƏDDƏS RAMAZAN MÜNASİBƏTİLƏ MÜSƏLMANLARI TƏBRİK EDİB

Siyasət Materials 5 Oktyabr 2005 19:18 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş ölkədə və bütün dünyada yaşayan müsəlmanları Müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.Bu barədə Trend ə ABŞ-nın Azərbaycandakı səfirliyinin mətbuat xidmətində bildirilib.

"Bu ay düşünmək, oruc tutmaq və xeyir əməllər etmək üçün xüsusi bir vaxtdır.Bu, həmçinin mənəvi yüksəliş, dua və Allah nemətlərini ehtiyac içində yaşayanlarla bölüşüb, onları yada salmaq üçün bir fürsətdir" -deyə təbrikdə deyilir.

Buş qeyd edir ki, Amerika tarixən müxtəlif dinlərə məxsus olan insanların töhfələrindən bəhrələnib.

"Bizim amerikalı Müsəlman vətəndaşlarımız öz dini əqidələrinə əməl etməklə alicənablıqları və mərhəmətlərilə ölkəmizin daha güclü və daha ümidverici yerə çevrilməsində kömək göstəriblər"-deyə ABŞ prezidenti qeyd edir.

Xəbər lenti

Xəbər lenti