...

SEÇKİDƏ MÜŞAHİDƏÇİLİK EDƏCƏK 5163 NƏFƏR YERLİ MÜŞAHİDƏÇİ QEYDİYYATDAN KEÇİB

Siyasət Materials 7 Oktyabr 2005 13:11 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkilərini izləyəcək yerli müşahidəçilərdən hələlik 5163 nəfəri qeydiyyatdan keçib. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) hüquq şöbəsinin müdiri İradə Hacıyeva məlumat verib.

O bildirib ki, respublikanın bütün ərazisində müşahidə aparacaq yerli müşahidəçilərin sayı son məlumata görə 4935 nəfərdir. Səsvermə gününədək MSK-nın iclaslarını müşahidə edən xüsusi icazəli müşahidəçilərin sayı isə 125 nəfərdir. Siyasi partiyaların təşəbbüsü ilə müraciət edən müşahidəçilərin sayı 5 nəfərdir. Bu müşahidəçilərdən üçü Yeni Azərbaycan Partiyasının (YAP), biri Ana Vətən Partiyası (APV) və biri də Müsavat Partiyasının nümayəndəsidir. Siyasi partiyaların bloklarından isə yalnız "Azadlıq" seçki blokundan ərizələr daxil olub. "Azadlıq" blokunun 98 nəfər nümayəndəsi müşahidə aparmaq üçün müraciət edib, digər seçki bloklarından isə müraciət edən olmayıb.

Beləliklə, son rəqəmlərə görə, bütün müşahidəçilərin ümumi sayı hələlik 5163 nəfərdir. Müşahidəçilərin sayı seçki gününə qədər artacaq. İradə Hacıyevanın bildirdiyinə görə, seçkiləri müşahidə etmək üçün müraciətlər daxil olmaqda davam edir.

Xəbər lenti

Xəbər lenti