...

"LOTU QULİ"NİN DƏSTƏSİ AZADLIQDAN MƏHRUM EDİLİB

Siyasət Materials 7 Oktyabr 2005 14:22 (UTC +04:00)

Oktyabrın 7-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Məhkəməsində kriminal dairələrdə "Lotu Quli" kimi tanınan Nadir Səlifova və onun dəstəsinə hökm oxunub. Trend məlumat verir ki, 2 aya yaxın davam edən məhkəmə iclasına hakim Abid Abdinbəyov sədrlik edib.

Nadir Səlifov, 23 saylı polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov, boks üzrə dünya çempionu Fariz Məmmədov, Bakı Dövlət Universitenin hüquq fakultəsinin 4-cü kurs tələbəsi Müşfiq Səlifov (N.Səlifovun qardaşı), İlqar Bədəlov, Ərşad Qəhrəmanov və Rəhman Əbülhəsənov ağır cinayət əməllərində təqsirli biliniblər. Bu cinayət əməlləri təzyiq vasitəsiylə həbsxanaya qadın gətizdirərək zorlamaqdan və bir neçə iş adamından hədə yolu ilə pul almaqdan ibarətdir.

Hakim çıxışında qeyd edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlar 2 aya yaxın davam edən məhkəmə istintaqı yolu ilə sübuta yetirilib. Belə ki, məhkəməyə dəvət olunmuş zərərçəkənlər və şahidlər həmin ittihamları təsdiqləyən ifadələr veriblər.

İttihamı təsdiqləyən şahid ifadələrini, o cümlədən işdə olan digər dəlil və sübutları nəzərə alan hakim Nadir Səlifovun 16, Fariz Məmmədovun 12, Müşfiq Səlifovun 12, Müşfiq Mədətovun 13, Rəhman Əbülhəsənovun 13, Ərşad Qəhrəmanovun 8, İlqar Bədəlovunsa 6 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Lakin təqsirləndirilən şəxslər və onların vəkilləri hakimin mövqeyindən narazı qalıblar və məhkəmənin işə təzyiq altında baxdığını iddia ediblər. Bu səbəbdən də vəkillər yaxın günlərdə hökmdən apellyasiya şikayəti verəcəklər.

Xəbər lenti

Xəbər lenti