...

QUBADA YANĞIN TƏHLÜKƏSİZLİK İDARƏSİNİN YENİ BİNASI AÇILIB

Siyasət Materials 8 Oktyabr 2005 14:17 (UTC +04:00)

Oktyabrın 8-də Yanğın Təhükəsizlik İdarəsinin Quba şəhərində yeni binasının açılışı olub. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin mətbuat xidmətinin rəisi Ağaəli İsmayılov məlumat verib.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini Oruc Zalov, Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisi Murad Hüseynov, Quba Şəhər İcra Hakimiyyətinin başçısı Arzuman Əliyev və başqa yüksək rütbəli şəxslər iştirak ediblər. Oruc Zalov çıxışında yeni idarənin açılmasını yüksək qiymətləndirib. Yerli yanğın təhlükəsizliyi şöbəsinin şəxsi heyətinə yüksək şərait yaratdıqlarına görə Baş Dövlət Yanğın Təhlükəsizlik İdarəsinin rəisinə, İcra Hakimyyətinin başçısına öz minnətdarlığını bildirib.

Digər çıxış edənlər də yüksək standartlara cavab verən yeni binanın şəxsi heyətin istifadəsinə verilməsini Baş Dövlət Yangın Təhlükəsizliyi İdarəsinin əhaliyə göstərilən xidmətlərin bir qolu kimi qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti