...

AŞPA-NIN MÜŞAHİDƏ MİSSİYASI "YENİ SİYASƏT" BLOKUNUN LİDERLƏRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 12 Oktyabr 2005 14:54 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərinin müşahidəçi üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyası oktyabrın 12-də "Yeni Siyasət" seçki blokunun liderləri Eldar Namazov və Etibar Məmmədovla görüşüblər. Bu barədə Trend ə Eldar Namazov məlumat verib. Görüşdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri, Xüsusi Komitənin üzvləri Andreas Qross və Andres Herkel də daxil olmaqla 7 nəfər AŞPA parlamentarisi iştirak edib.

Eldar Namazov bildirib ki, görüşdə əsasən parlament seçkiləri ilə bağlı mövcud problemlər ətrafında müzakirələr aparılıb, bu sahədə qonaqları maraqlaran suallara cavablar verilib. Seçici siyahılarındakı çatışmazlıqlar, inzibati orqanların seçki prosesinə qanunsuz müdaxiləsi barədə konkret faktlar deyilib. Həmçinin, mühacirətdə olan ASDP lideri Ayaz Mütəllibovun, ADP sədri Rəsul Quliyevin ölkəyə qayıdışının və seçkidə iştirak etməsinin təmin olunması məsələləri müzakirəyə çıxarılıb.

"Bu görüş bizə imkan verdi ki, müzakirələr zamanı vacib saydığımız məsələləri, problemləri qaldıraq. Beynəlxalq müşahidəçilərin bu məsələlərlə bağlı mövqeyinə gəldikdə, onlar adətən münasibət bildirmirlər, hər kəsi demortik prinsiplərə riayət etməyə, qanunun aliliyin təmin oulnamsına çağırırlar. Amma görüş zamanı bizim AŞPA təmsilçilərinə verdiyimiz məlumatlar onlarda təəccüb doğurdu. Qonaqlar bildirdilər ki, seçki dairələrində inzibati orqanların, icra başçılarının müdaxiləsi kobud xarakterli qanun pozuntusudur. Biz də onların diqqətinə çatdırdıq ki, indiki seçki prosesində qanunların pozulması halları çoxluq təşkil edir"-deyə E.Namazov bildirib.

Xəbər lenti

Xəbər lenti