...

HƏRBİ HİSSƏLƏRDƏ SEÇKİ MƏNTƏQƏLƏRİ ARTIQ HAZIRDIR

Siyasət Materials 13 Oktyabr 2005 13:06 (UTC +04:00)

Hərbi hissələrdə seçici siyahıları müəyyənləşib və seçki məntəqələri də artıq hazır vəziyyətdədir. Bunu Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Seçki məntəqələri hərbi hissələrdən bir saatlıq məsafədə yerləşəcək. Seçki məntəqəsinə yaxın olan hərbi hissənin hərbçiləri həmin məntəqələrdə səs verəcəklər. Hərbi hissədə 50-dən artıq seçici olduğu halda, seçki məntəqəsi hissənin ərazisində yaradılacaq. Seçkiyə bir neçə gün qalmış məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən şəffaf qutularla və bülletenlərlə təmin olunacaq.

Xəbər lenti

Xəbər lenti