...

Seçkidə iştirak edən namizədlərin sayı 1993-ə enib

Siyasət Materials 19 Oktyabr 2005 13:29 (UTC +04:00)

"Oktyabrın 19-dək parlament seçkilərində namizədliyi qeydə alınanlardan 67 nəfər deputatlığa namizəd seçki marafonundan uzaqlaşıb". Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. 67 nəfər namizəddən 64-ü özü könüllü şəkildə namizədliyini geri götürüb. 3 nəfərin namizədliyi isə MSK tərəfindən ləğv olunub. Hazırda parlament seçkisində 1993 namizəd iştirak edir.

Qeyd edək ki, namizədlərin qeydə alınması mərhələsində ümumilikdə 2063 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 3-nün namizədliyi ləğv olunduğundan və 64-ü öz namizədliyini geri götürdüyündən, hazırda parlament seçkisində 1993 namizəd iştirak edir.

Xəbər lenti

Xəbər lenti