...

Prezident Tükriyə xalqına təbrik məktubu göndərib

Siyasət Materials 28 Oktyabr 2005 20:26 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı - Respublika günü münasibətilə bu ölkənin prezidenti Əhməd Necdət Sezərə, baş naziri Rəcəb Tayib Ərdoğana və bütün Türkiyə xalqına təbrik məktubu göndərib. Trend xəbər verir ki, məktubda prezident İ.Əliyev Azərbaycan xalqı adından Türkiyə xalqını bu əlamətdar bayram münasibətilə təbrik edib.

Məktubda bildirilib ki, Türkiyənin bu gün qazandığı uğurlar, ölkənin iqtisadi inkişafı, beynəlxalq aləmdəki nüfuzu Azərbaycanı da sevindirib. İki ölkə arasında qardaşlıq və müttəfiqlik yüksək qiymətləndirilib: "Ən böyük sərvət olan dostluq və qardaşlıq münasibətlərimiz bundan sonra da qoruyub saxlanılacaq. Bütün Türkiyə xalqına əmin-amanlıq və sülh arzulayıram".

Xəbər lenti

Xəbər lenti