...

"Exit-poll"ların nəticələri seçki günü saat 19.00-dan sonra internet səhifələrində yerləşdiriləcək

Siyasət Materials 5 Noyabr 2005 12:14 (UTC +04:00)

Noyabrın 6-da Azərbaycanda keçiriləcək parlament seçkisində "Mitofsky İnternational", "Edison Media Research and CESSİ Ltd" şirkətləri bütün 125 seçki dairəsində "exit poll" tipli sorğu keçirəcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Məntəqə seçki komissiyalarında səs verdikdən sonra elmi əsaslarla seçilmiş seçicilər "exit poll" sorğusuna cəlb ediləcəklər. Səsvermə yekunlaşdıqdan sonra şirkət keçirdiyi sorğu əsasında qalib gələn namizədi elan edəcək. Əgər hər hansısa dairədə "exit poll" nəticəsində qalib müəyyən olunmazsa, onda daha çox səs qazanmış 2 namizədin adı elan olunacaq. Bundan əlavə, nəticələr seçki günü saat 19.00-dan sonra www.exit-poll.net internet səhifəsində də yerləşdiriləcək. Sorğuya təxminən 150 min seçici cəlb olunacaq.

Sorğunun həyata keçirlməsində "Mitofsky İnternational", "Edison Media Research and CESSİ Ltd" şirkətlərinə 3 yerli təşkilat-Azərbaycanda Iətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AICİYA), "Qafqaz" Sosioloji Sorğu və Sosial-İqtisadi Proqnozlaşdırma Mərkəzi, Sosial və Marketinq Tədqiqat Mərkəzi yardım edir.

Xəbər lenti

Xəbər lenti