...

Azərbaycan prezidentinin mətbuat katibi Beynəlxalq Müşahidə Missiyasının tərcüməçisinin qeyri-peşəkarlığını qeyd edib

Siyasət Materials 8 Noyabr 2005 12:05 (UTC +04:00)
Azərbaycan prezidentinin mətbuat katibi Beynəlxalq Müşahidə Missiyasının tərcüməçisinin qeyri-peşəkarlığını qeyd edib

Beynəlxalq Müşahidə Missiyasının tərcüməçisi çox kobud linqvistik, leksik və digər səhvlərə, o cümlədən ATƏT PA sədrinin mətbuat-konfransında çıxışının tərcüməsi zamanı təhrifə yol verib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov bəyan edib.

Onun sözlərinə görə, tərcüməçi ATƏT PA sədrinin frazasını belə tərcümə edib: "Dünən keçirilmiş seçkilər onların demokratik keçirilməsi sahəsində ATƏT tərəfindən irəli sürülmüş öhdəliklərə və mövcud beynəlxalq normalara cavab verməyib". Cümlənin düzgün tərcüməsi isə belə olmalıdır: "Dünənki seçkilər onların demokratik keçirilməsi sahəsində ATƏT-in mövcüd öhdəliklərinə və Avropa Şurası standartlarına cavab verməyib".

Mətbuat katibinin sözlərinə görə, bu, ictimaiyyətdə yanlış təsəvvür yaratmaq məqsədi güdür. "Təəssüf ki, Azərbaycanda seçkilər kimi vacib prosesin ilkin qiymətləndirilməsi, ilkin məlumatların verilməsi zamanı belə səhvə yol verilib. Bəzi səfirliklər, missiyalar, beynəlxalq təşkilatlar yerli tərcüməçilərdən istifadə edərkən onların peşəkarlığına əhəmiyyət vermir, bu isə sonda bu qədər kobud səhvlərlə nəticələnir", - deyə Azər Qasımov qeyd edib.

O bildirib ki, parlament seçkiləri demokratik və şəffaf şəraitdə keçirilib və xalq öz iradəsini bildirib. Onun fikrincə, beynəlxalq missiyanın müşahidə apardığı seçki mənqələrinin 87%-də səsvermənin müsbət keçməsi kifayət qədər yüksək göstəricidir.

Xəbər lenti

Xəbər lenti