...

İqor Kizima: Azərbaycan Ukrayna ilə neft-qaz sahəsində əməkdaşlığa dair hökumətlərarası saziş layihəsini nəzərdən keçirir

Siyasət Materials 11 Noyabr 2005 14:54 (UTC +04:00)

Ukrayna Azərbaycan hökumətindən iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığa dair Hökumətlərarası saziş layihəsi ilə bağlı cavab gözləyir. Bu barədə eksklüziv olaraq Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Viktor Yuşenkonun Azərbaycana qarşıdakı rəsmi səfəri zamanı sənədin imzalanması nəzərdə tutulur. "Bu, prezident Viktor Yuşenkonun Azərbaycana səfəri zamanı imzalanmalı olan əsas sənəddir". Diplomat qeyd edib ki, bundan başqa, nəqliyyat, telekommunikasiya və bir çox digər sahələrdə bir sıra ikitərəfli saziş layihələri hazırlanıb.

İ.Kizimanın sözlərinə görə, prezident Yuşenkonun Bakıya səfəri ərəfəsində səfər proqramının və ikitərəfli sənədlərin razılaşdırılması üçün Ukrayna hökuməti ekspert qrupunun gəlişi də gözlənilir.Diplomat qeyd edib ki, ekspertlərin səfəri hələlik müəyyən edilməyib.

Xəbər lenti

Xəbər lenti