...

MSK 38 saylı Nizami ikinci seçki dairəsi üzrə seçkilərin nəticələrini ləğv edib.

Siyasət Materials 15 Noyabr 2005 17:08 (UTC +04:00)

Noyabrın 16-da MSK-nın iclası keçirilib. Trend xəbər verir ki, iclasda 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsində keçirilən seçkilərin nəticələrinə dair müzakirələr aparılıb.

MSK üzvü Ramiz İbrahimov məruzəsində bildirib ki, bu dairənin 2,4, 7,8, 9, 14, 16,17, 21,22, 24, saylı məntəqələrində qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, apardığı araşdırmalar nəticəsidə bu məntəqələrdə mürəkkəbdən istifadə olunmayıb, səslər düzgün sayılmayıb və s. qanun pozuntuları müşahidə olunub. 38 saylı Nizami ikinci seçki dairəsi üzrə seçkilərin nəticələri ləğv olunub.

Ləğv olunan dairədə YAP-ın üzvü olan Ruslan Qurbanov qalib gəlmişdi.

Xəbər lenti

Xəbər lenti