...

Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Siyasət Materials 21 Noyabr 2005 11:57 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının icmalı

Ötən həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Azərbaycan Milli Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnəsi 2 manat və ya 0,04% artıb. Ötən həftənin 4 iş günü ərzində orta məzənnə 1 ABŞ dollarına 4595,5 manat səviyyəsində müəyyən edilib. Beləliklə, noyabrın 14-18-də dolların orta məzənnəsi 14-18 noyabr iş həftəsinin yekunlarına görə, 7-11 noyabr həftəsində müəyyən edilmiş məzənnə göstəricisinə nəzərən analoji göstəricidən 0,7 manat və ya 0,02% azdır.

Ötən həftə dolların manata nisbətən maksimum məzənnəsi noyabrın 14,15 və 16-da (1 ABŞ dolları=4596 manat), minimum məzənnəsi isə noyabrın 18-də (1 AŞ dolları=4594 manat) müəyyən edilib. Manatın 1 ABŞ dollarına nisbətdə AMB trəfindən müəyyən edilmiş rəsmi maksimum və minimum məzənnəsi arasında fərq 2 manat və ya 0,04% təşkil edib.


Manatın 1 ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

anatın 1 ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi

7 noyabr

4598

14 noyabr

4596

8 noyabr

4596

15 noyabr

4596

9 noyabr

4597

16 noyabr

4596

10 noyabr

4595

17 noyabr

11 noyabr

4595

18 noyabr

4594

Həftə ərzində orta məzənnə

4596,2

Həftə ərzində orta məzənnə

4595,5

Valyuta bazarının icmalı

Ötən həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı banklararası valyuta birjasının (BBVB) hərracının yekunlarına görə müəyyən edilmiş birja məzənnəsi 1 manat yaxud 0,02% aşağı düşüb. Ötən həftənin dörd iş günü ərzində orta məzənnə 1 ABŞ dollarına 4595,125 manat səviyyəsində müəyyən edilib. Beləliklə, dolların orta məzənnəsi 14-18 noyabr iş həftəsinin yekunlarına əsasən, 7-11 noyabr həftəsində müəyyən edilmiş məzənnə göstəricisinə nəzərən analoji göstəricidən 0,755 manat yaxud 0,016% azdır.

Ötən həftə dolların manata nisbətdə maksimum məzənnəsi 16 noyabrda ( 1 ABŞ dolları 4596 manat olmaqla), minimum məzənnəsi isə 18 noyabrda (1 ABŞ dolları 4594 manat) müəyyən edilib. Manatın ABŞ dollarına nisbətdə ölkənin Milli bankı tərəfindən müəyyən edilmiş maksimum və minimum birja məzənnəsi arasında fərq 2 manat yaxud 0,021% təşkil edib.


Manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

anatın ABŞ dollarına nisbətdə birja məzənnəsi

7 noyabr

4597,4

14 noyabr

4595

8noyabr

4595

15 noyabr

4595,5

9 noyabr

4597

16 noyabr

4596

10 noyabr

4595

17 noyabr

11 noyabr

4595

18 noyabr

4594

Həftə ərzində orta

məzənnə

4595,88

Həftə ərzində orta

məzənnə

4595,125

Bu həftə orta birja məzənnəsi orta rəsmi məzənnədən 0,375 manat az olub.

Xəbər lenti

Xəbər lenti