...

Qahirədə Azərbaycanla Misir arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub

Siyasət Materials 22 Noyabr 2005 18:04 (UTC +04:00)

Azərbaycanla Misir arasında ikitərəfli əməkdaşlıq məsələləri Azərbaycanın Misirdəki səfiri Faiq Bağırovun bu ölkənin beynəlxalq əməkdaşlıq naziri xanım Faizə Abu Naqa və ədliyyə naziri Mahmud Əbu əl-Leyl Rəşidlə görüşü zamanı müzakirəyə çıxarılıb.

Trend in xəbər verdiyi kimi, görüşlərdə hər iki ölkə arasında son zamanlar müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb və ikitərəfli əməkdaşlığın inkişafına böyük əhəmiyyət verildiyi qeyd olunub. Həmçinin, 2005-ci ilin dekabrında Qahirədə keçiriləcək Azərbaycan-Misir hökumətlərarası iqtisadi, texniki əməkdaşlıq üzrə birgə komissiyanın II iclasının gündəliyi də müzakirə olunub. Tərəflər noyabrın 10-13-də Qahirədə Azərbaycan mədəniyyəti günlərinin uğurla keçirildiyini xüsusi olaraq vurğulayıb.

Bundan başqa, səfir Azərbaycanda 6 noyabr parlament seçkilərinin yekunları haqqında onlara məlumat verib.

Xəbər lenti

Xəbər lenti