...

İsa Qəmbər "Bizim Azərbaycan" blokunun sədrliyindən uzaqlaşdırıla bilər

Siyasət Materials 24 Noyabr 2005 11:15 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku noyabrın 30-da Müsavat başqanı İsa Qəmbərin blokun sədrliyindən uzaqlaşdırılması məsələsini müzakirə edəcək". Bu barədə Trend ə adıçəkilən blokun koordinatoru Azərbaycan Xalq Azadlıq Partiyasının sədri Valeh İbadov bildirib.

Partiya sədri onu da qeyd edib ki, "Bizim Azərbaycan" blokunun fəaliyyətini canlandırmaq məqsədilə bir sıra islahatlar zəruridir: "Sədrlər Şurasında bu barədə bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub".

V.İbadov onu da əlavə edib ki, blokun seçkilərin nəticələrinə etiraz olaraq müxalifətin mitinqlərində iştirakı ilə bağlı heç bir qərarı yoxdur.

Xəbər lenti

Xəbər lenti