...

Novruz Məmmədov: R.Köçəryanın və V.Oskanyanın son bəyanatları təxribat xarakterli və təhlükəlidir

Siyasət Materials 25 Noyabr 2005 19:41 (UTC +04:00)

Ermənistan rəhbərliyinin Dağlıq Qarabağla bağlı son bəyanatları təxribat xarakteri daşıyır və əsasən daxili elektorat üçün nəzərdə tutulub. Bu barədə Trend ə Azərbaycan prezidentinin İcra Aparatının rəhbəri Novruz Məmmədov ekskluziv məlumat verib.

Qeyd edək ki, Ermənistan prezidenti Robert Köçəryan əgər Bakı ilə danışıqlar dalana dirənərsə, rəsmi Yerevanın tanınmamış Dağlıq Qarabağ Respublikasının tanımasının mümkünlüyünü istisna etmədiyini bəyan edib. Ermənistanın XİN-nin rəzbəri Vardan Oskanyan isə bildirib ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və o, heç vaxt Azərbaycana verilməyəcək.

N.Məmmədov hesab edir ki, Ermənistanın prezidenti və XİN rəhbəri "görünür məsləhətləşərək bu gür təxribat xarakterli və təşlükəli bəyanatlar verməyi qərara alıblar".

"Belə hallar diplomatiyada və beynəlxalq münasibətlərdə təhlükəli nəticələrə gətirib çıxara bilər. Digər ölkənin ərazisinin işğal olunması, bu torpaqların uzun müddət işğal altında saxlanılması və orada marionet dövlətin yaradılması beynəlxalq hüquqa və birliyə, eləcə də BMT, ATƏT-ə meydan oxumaqdır. Bununla yanaşı bu, işğal olunmuş ərazilərin legitim etməyə göstərilən bir cəhddir", - deyə o qeyd edib.

N.Məmmədovun sözlərinə görə, Ermənistan rəhbərliyində 2 gündən sonra keçiriləcək referendumla bağlı ciddi problemlər var və onlar belə bəyanatlarla seçicilərin dəstəyini qazanmağa çalışırlar. "Bu bəyanatların məqsədinin nə cür olmasına baxmayaraq bunlar çox təhlükəli addımlardır. Ermənistan rəhbərliyi bu cür addımların nəticələrini dərk etməlidir. Azərbaycan dövləti öz torpaqlarını qaytaracaq, öz ərazi bütövlüyünü bərpa edəcək və əgər lazım gələrsə, bunun üçün mümkün olan hər şeyi edəcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti