...

Azərbaycanın nümayəndəsi Avropa Şurasının komitəsinin bürosuna üzv seçilib

Siyasət Materials 26 Noyabr 2005 11:39 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyinin nümayəndəsi Cahar Musayev Avropa Şurasının Ərazi sığınacaqları, Qaçqınlar və Aparteid hüquqi aspektləri üzrə ekspert komitəsinin böürosunun üzvü seçilib. Avropa Şurasındakı Azərbaycan nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu qərar noyabrın 25-də keçirilən Komitənin 3 günlük 56-cı iclasının yekunları üzrə qəbul edilib.

İclasın gedişində AŞ Nazirlər Komitəsinin daxili qaçıqnlar barədə qərar layihəsi müzakirə edilib. Komitə üzvləri həmçinin, üzvlərindən birinin C.Musayevin olduğu komitənin yeni bürosunu seçiblər.

Xəbər lenti

Xəbər lenti