...

ABŞ Helsinski Komissiyası: Prezident İlham Əliyevin parlament seçkiləri üzrə sərəncamlarının bəndləri tam şəkildə yerinə yetirilməyib

Siyasət Materials 1 Dekabr 2005 18:07 (UTC +04:00)

Trend-i buradan izləyin

Biz ümid edirdik ki, Azərbaycandakı parlament seçkiləri demokratiya yolunda ilk addım olacaq. Lakin seçkiləri keçirən hakimiyyət bu imtahanı verə bilmədi. Trend in "Azadlıq" radiostansiyasına istinadən yaydığı məlumata görə, bu barədə ABŞ-ın Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (Helsinki Komissiyası) Azərbaycanda parlament seçkilərinin yekunları üzrə bəyanatında bildirilir.

Həmin bəyanata görə, komissiyanın sədri Sem Braunbek 6 noqyabr seçkilərinin nəticələri ilə bağlı dərin təəssüf hissi ifadə edib. Helsinki komissiyasının müxalifətin yüpüş-mitinqinin iştirakçılarına münasibətdə mövqeyini ifadə edərkən o qeyd edib ki, aydındır ki, Azərbaycan hakimiyyəti respublikada Gürcüstan və Ukraynada olduğu kimi rəngli inqilabın təkrarlanmasını istəmir.

Öz növbəsində, Komissiyanın beynəlxalq siyasət üzrə direktoru və seçkilərin monitorinqində şəxsən iştirak etmiş Ronald MakNamara bəyan edib ki, Azərbaycan hakimiyyətinin müsbət addımlarına baxmayaraq, prezident İlham Əliyevin sərəncamlarının bəndləri tam mənada yerinə yetirilməyib.

Beynəlxalq müşahidəçilərin mövqeyinə istinad edən R.MakNamara qeyd edib ki, ATƏT-in 6 noyabr seçkilərinin ilkin rəyinə görə, Avropa Şurasının bir sıra standartlarına və ATƏT-in öhdəliklərinə uyğun deyil.

Xəbər lenti

Xəbər lenti