...

Fuad Axundov: "Müxalifətin parlamentdə çoxluq təşkil etmək iddiası gülüncdür"

Siyasət Materials 2 Dekabr 2005 18:51 (UTC +04:00)

Parlamentə seçilmiş müxalifətçilərin deputat statusundan imtina etməsi tam yanlı bir addımdır. Seçkidə minlərlə insan onlara səs verib, bunu nəzərə almalı və həmin müxalifətçilər hələ yaxşı-yaxşı fikirləşməlidirlər". Bu fikirləri Trend ə açıqlamasında Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər üzrə şöbənin siyasi araşdırmalar sektorunun müdiri Fuad Axundov bildirib.

Fuad Axundov 6 noyabr parlament seçkisinin nəticələrini tanımayan müxalifətçilərin bu addımına dair mövqeyini bildirərkən qeyd edib ki, müxalif düşərgənin iddiaları absurtdur: "Müxalifətin parlamentdə yarıdan çox yerlərin onların olması barədə iddiaları çox gülüncdür. Xalq onları dəstəkləsəydi, onda müxalifətçilər xaricdən özlərinə dayaq axtarmazdılar. Xalq onların çağırışlarına qulaq asıb mitinqlərə çıxmır. Əgər bu müxalifət qüvvələrinin xalq arasında ciddi dəstəyi olsaydı, onda mitinqlərində güc strukturları heç nə edə bilməzdilər və iddia etdikləri kimi həqiqətən də inqilab olardı. Amma dəstəkləri olmadığından da bu baş vermədi"-deyə F.Axundov vurğulayıb.

Prezident Aparatının analitiki hesab edir ki, müxalifətin hakimiyyətə qarşı ittihamlarında elmi əsaslandırmalar yoxdur. Onun sözlərinə görə, hər beş ildən keçirilən parlamentarası sorğularda hər dəfə müxalifətin azlıqda qaldığı göstərilir. Buna görə də F.Axundov müxalifətin iddialarının reallığı əks etdirmədiyini vurğulayıb: "Müxalifət əgər azlıqdadırsa, hansı əsaslarla parlamentdə çoxluğa iddia edə bilər? Heç kəs demir ki, müxalifət parlametdə təmsil olunmayıb və olunmamalıdır. 10 ildir parlamentdə təmsil olunmuş və hakimiyyətə qarşı heç nə edə bilməyən müxalifətçilərin bundan sonra da deputat seçilməsinə hakimiyyət nə üçün mane olmalıdır? Paralmentdə çox yerə sahib çıxmaq üçün xalqın səsini qazanmaq lazım idi. Başqa cür oyunbazlıqlarla parlamentə seçilə bilməzlər".

F.Axundov onu da deyib ki, müxalifətin iddialarında tez-tez rast gəlinən "total saxtalaşdırma" və sair fikirlər narıncı inqilabların kompüterdən köçürmə yolu ilə götürülmüş terminləridir. O, 6 noyabr parlament seçkilərinin şəffaf keçirildiyini, eyni zamanda yol verilən nöqsanların isə prezident İlham Əliyev tərəfindən də göstərildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti