...

Heydər Babayev: "Bu gün dünyanın aparıcı sərmayəçilərinin Azərbaycanın iqtisadiyyatına marağı son dərəcə dərəcə böyükdür"

Siyasət Materials 8 Dekabr 2005 21:00 (UTC +04:00)
Heydər Babayev: "Bu gün dünyanın aparıcı sərmayəçilərinin Azərbaycanın iqtisadiyyatına marağı son dərəcə dərəcə böyükdür"

"Bu gün dünyanın aparıcı sərmayəçilərinin Azərbaycan iqtisadiyyatına marağı son dərəcə böyükdür". Trend in xəbər verdiyi kimi, bu barədə dekabrın 8-də Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"İqtisadiyyatı neft və qeyri-neft sektorlarına ayırmaq düzgün deyil, belə ki, söhbət vahid mexanizmdən gedir", - deyə nazir bildirib. Onun sözlərinə görə, Vaşinqtona səfəri zamanı Amerika şirkətlərinin Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək istəyinin şahidi olub. H.Babayev bildirib ki, ölkədə kənd təsərrüfatı məhsullarının qablaşdırılması sahəsi, həmçinin, yod istehsalı böyük maraq doğurub. "Hamı yerli mal alsın, xeyir vətənə qalsın" kampaniyasına gəldikdə isə nazir qeyd edib ki, kampaniyanın davam etdiriməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, kampaniya özəl firmanın təşəbbüsü ilə başlanmışdı və artıq onun fəaliyyət müddəti bitib. "Əlbəttə, mən yerli malların alınmasının tərəfdarıyam, lakin onların çoxu keyfiyyətsizdir", - deyə H.Babayev qeyd edib.

O bildirib ki, bu kampaniya daxili bazarda rəqabət aparan bazarların hüquqlarını pozur.

Nazir, Barmek şirkətində yoxlamaların aparılması məsələsinə də toxunub. Onun sözlərinə görə, yekun yoxlamalar başa çatmamış bəyanatlar vermək düzgün deyil. Şirkətlərin kompleks yoxlanılması isə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti