...

Məşvərət Məclisi və "İslahat" seçki bloku əlavə seçkilərdə iştirak edəcək

Siyasət Materials 10 Dekabr 2005 12:24 (UTC +04:00)

"İqtidaryönlü partiyaların Məşvərət Məclisi əlavə seçkilərdə iştirak edəcək". Bu barədə Trend ə adıçəkilən qurumun sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, 2005-ci il 6 noyabr parlament seçkilərindən öncə yaradılan "İslahat" seçki bloku da əlavə seçkilərdə iştirak edəcək: "Bu barədə çoxdan düşünmüşük. Ancaq Məşvərət Məclisinə və "İslahat" seçki blokuna daxil olan partiya rəhbərlərinin hansı seçki dairələrdən namizədliklərini verəcəkləri hələ müəyyənləşdirilməyib".

M.Əlizadə gələn həftə hər iki qurumun toplantısının keçiriləcəyi və əlavə seçkilərdə kimin hansı dairədə təmsil olunacağı məsələlərinə aydınlıq gətiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti