...

İKT ölkələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir

Siyasət Materials 12 Dekabr 2005 16:10 (UTC +04:00)

İslam Konfransı Təşkilatı (İKT) ölkələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir. Belə bir bənd İKT üzvü olan dövlət başçıları tərəfindən bəyənilmiş üç sənəddən ikisində , o cümlədən təşkilatın fəaliyyətinin 109-cu planında və İKT-nin 7-8 dekabrda Məkkədə keçirilən III fövqəladə sammitinin son komyunikesində öz əksini tapıb. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı bildirib.

Komyunikedə ayrıca bir bənddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin təcili və danışıqsız azad edilməsi zərurəti qeyd olunur.

İKT-nin fəaliyyətinə aid qəbul edilmiş on illik planda Ermənistan-Azərbaycan-Dağlıq-Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərtilə sülh yolu ilə nizama salınması zərurəti qeyd olunur.

Həmçinin sammit İKT XİN başçılarının növbəti 33-cü iclasının, eləcə də İKT ölkələri turizm nazirlərinin 5-ci iclasının Bakıda keçirilməsini alqışlayıb.

Səfirin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin İKT sammitindəki nitqi müsəlman ölkələrinin dövlət və hökumət başçıları tərəfindən böyük diqqətlə dinlənilib.

Xəbər lenti

Xəbər lenti