...

İsveç Azərbaycana ölkədən miqrasiya problemlərinin əlaqələndirilməsində yardım edəcək

Siyasət Materials 13 Dekabr 2005 14:28 (UTC +04:00)

İsveç Azərbaycana ölkədən miqrasiya problemlərinin əlaqələndirilməsində yardım edəcək. AR Nazirlər Kabinetinin qaçqınlar və məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş üzrə şöbəsinin müdiri Qurban Sadıqov Trend ə bildirib ki, İsveç hökumətinin belə bir niyyəti həmin ölkənin miqrasiya naziri Barbro Holmberqin Azərbaycana səfəri zamanı çatdırılıb.

Q.Sadıqovun sözlərinə görə, miqrasiya poblemi ayrı-ayrı ölkələrin problemi deyil. Bu, bütün dünyanın problemidir və ölkələr bu məsələdə qarşılıqlı əlaqədə olmalıdır. O, qeyd edib ki, Azərbaycan bu məsələdə inkişaf etmiş ölkələrin, o cümlədən İsveçin təcrübəsini öyrənməyə hazırdır. İki ölkə miqrasiya proseslərinin, Azərbaycanın hüquqi bazasının bərpasının, eləcə də Azərbaycandan İsveçə miqrasiya problemlərinin əlaqələndirilməsinin nizama salınması sahəsində sıx əməkdaşlıq edə bilər. Şöbə müdiri qeyd edib ki, İsveçin miqrasiya nazirinin Azərbaycana səfəri çərçivəsində əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti