Məhkəmələrin monitorinqi hesabatının nəticələrinə dair ekspert qrupunun ikinci iclasının yekun bəyanatı açıqlanıb.
-in Bakı Ofisindən Trend əverilən məlumatda bildirilir ki, ikigünlük açıq və səmərəli müzakirələrin sonunda qrup polis saxlama və məhkəməyə qədər saxlama sistemində institusional və struktur dəyişiklərin edilməsinə dair Azərbaycan hökumətinə bir sıra konkret tövsiyələrin verilməsi razılığına gəlib.
Ekspertlər bu tövsiyələrin Azərbaycan hökumətinə ən yaxşı təcürbələrin həyata keçirilməsi və ibtidai istintaq sistemində Avropa standartlarına nail olmaq səylərində yardımçı olacağına inandıqlarını qeyd ediblər.
Qrupun Məhkəmələrin Monitorinqi Hesabatının digər tövsiyələrini müzakirə etmək üçün gələcək görüşlərinin qısa zamanda keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Azərbaycan hökumətinin təşəbbüsü ilə yaradılmış ekspert qrupunun ikinci iclası 2005-ci il 28-29 noyabr tarixində Bakıda keçirilib. Qrup, 2005-ci ilin fevral ayında çap edilmiş "Azərbaycanda ibtidai istintaq sisteminin islahatları" məhkəmələrin monitorinqi hesabatında verilən tövsiyələrin mövzusunu müzakirə etmək üçün bir araya gəlmişdi. İclas ATƏT-in Bakı Ofisi tərəfindən təşkil olunmuşdu.
Ekspert iştirakçılar Azərbaycanın müxtəlif nazirliklər və dövlət idarələri, yerli QHT nümayəndələri, vəkillər, ATƏT-in Bakı Ofisi, ATƏT/DTİHB-nun müstəqil beynəlxalq ekspertlər və ekspert nümayəndələrindən ibarət idi.