...

"Bizim Azərbaycan" blokunda struktur dəyişikliyi edilib

Siyasət Materials 19 Dekabr 2005 14:36 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunda struktur dəyişikliyi edilib. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Turk Millətçi Partiyasının (TMP) sədri Vüqar Bəyturan bildirib.

TMP sədri onu da bildirib ki, blokun dekabrın 18-də keçirilən toplantısında Məclisin, mətbuat, əlaqələr, təşkilat departamentlərinin yaradılması qərara alınıb. Blokun fəaliyyət prinsiplərini hazırlamaq Yaşıllar Partiyasına, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı tədbirlər planını işləyib hazırlamaq isə Demokratik Şəxsiyyətlər Partiyasına tapşılıb.

V.Bəyturan onu da qeyd edib ki, blokun toplantısında Azadlıq Partiyasının sədri Əhməd Oruc müşahidəçi qismində iştirak edib.

Qeyd edək ki, Azadlıq Partiyası bir vaxtlar "Bizim Azərbaycan" blokunda təmsil olunub.

Xəbər lenti

Xəbər lenti