...

Oqtay Əsədov: Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının işi sürətləndirilməlidir

Siyasət Materials 20 Dekabr 2005 15:06 (UTC +04:00)

Azərbaycan-Bolqarıstan hökumətlərarası komissiyasının işi sürətləndirilməlidir ki, yaxın vaxtlarda müxtəlif sahələrdə dövlətlərarası saziş və memorandumlar gerçəkləşdirilsin.

Trend bildirir ki, dekabrın 20-də Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçev ilə görüşündə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov bu barədə bəyan edib.

Azərbaycan parlamentinin spikeri qeyd edib ki, bu istiqamətdə iş aparılır və artıq hər iki ölkənin müvafiq idarələrinə vacib tapşırıqlar verilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunub.

Xəbər lenti

Xəbər lenti