Bu ilin sonu yaxud gələn ilin əvvəlində Azərbaycanın xarici işlər nazirliyi (XİN) nazirlikdə işə qəbul barədə elan verəcək. Bu barədə Trend ə AR XİN başçısının müavini Vaqif Sadıqov bildirib.
Bu, Azərbaycan XİN-ə ikinci işə qəbul elanı olacaq. Bu strukturda birinci işə qəbul cari ilin may ayında keçirilmişdi.
İşə qəbul üzrə keçirilmiş qəbul imtahanlarında lazım olan balı toplayan şəxslər XİN-də təcrübəni davam etdirir. Nazir müavini qeyd edib ki, onların təcrübə müddəti 2006-cı ilin mayında başa çatır, yalnız bundan sonra onlar daimi işə qəbul olunacaq.
V.Sadıqov bildirib ki, qəbul qaydalarında dəyişiklik olmayacaq.