...

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının payız toplantıları Azərbaycanda keçiriləcək

Siyasət Materials 29 Dekabr 2005 16:39 (UTC +04:00)

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 28-ci Baş Assambleyasının payız toplantıları Azərbaycanda keçiriləcək. Təşkilatın katibliyindən Trend ə verilən məlumata görə, bu qərar QİƏTPA-nın 2006-cı il tədbirlər təqviminin tərtibi zamanı qəbul olunub.

Belə ki, noyabrın 21-23-də Bakıda Assambleyanın 3 əsas iclası keçiriləcək. Noyabrın 21-nə iki tədbirin - Baş Assambleyanın Bürosunun 35-ci iclası və Daimi Komitənin 28-ci iclası planlaşdırılıb. Noyabrın 22-23-də isə Assambleyanın plenar iclası keçiriləcək.

Qeyd edək ki, QİƏTPA-nın yaz sessiyasının İrəvanda keçirilməsi planlaşdırılır. Təşkilatın üzvləri Albaniya, Ermənistan, Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Serbiya və Çernoqriya, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Ukraynadır, bir sıra beynəlxalq təşkilatlar isə QİƏTPA- da müşahidəçi statusuna malikdir.

Xəbər lenti

Xəbər lenti