...

Vaqif Səmədoğlu: "Əfv fərmanı gözlənilmir"

Siyasət Materials 30 Dekabr 2005 14:24 (UTC +04:00)

"Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə bayramı ilə bağlı əfv fərmanı gözlənilmir. Trend xəbər verir ki, bu barədə prezidentin yanında əfv komissiyasının üzvü, millət vəkili Vaqif Səmədoğlu bildirib.

O qeyd edib ki, dekabrın 29-da əfv komissiyasının növbəti toplantısı keçirilib.

"Komissiyaya edilən müraciətlər çox olduğuna və onların araşdırılması uzun vaxt apardığına görə bu bayramlarda prezident tərəfindən əfv fərmanının imzalanması gözlənilmir". Millət vəkili onu da bildirib ki, prezident əfv fərmanını istənilən əlamətdar gündə imzalayır. "Ola bilsin ki, prezident tərəfindən belə addım Ramazan və ya Qurban bayramlarında atılsın", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti