...

Türkiyə səfirliyi 3500 azərbaycanlı qaçqına qurban əti paylanmasını təşkil edəcək

Siyasət Materials 9 Yanvar 2006 17:40 (UTC +04:00)

Qurban bayramı ilə əlaqədar Türkiyənin Bakıdakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanın bir sıra regionlarında qaçqınlara və məcburi köçkünlərə qurban əti paylanılacaq. Bu barədə Trend ə Türkiyənin diplomatik nümayəndəliyindən məlumat verilib.

Məlumata görə, ətin paylanması bayramın ilk iki günü ərzində həyata keçiriləcək. Yanvarın 10-da səfirliyin nümaynədələri Yevlax, Goranboy və Xanlar rayonlarında, eləcə də Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə olacaqlar. Yanvarın 11-də isə Sumqayıtın Sarıqaya qəsəbəsinə səfər etmək planlaşdırılıb.

Aksiyanın əhatə etdiyi qaçqınların ümumi sayı 3500 nəfərdir.

Xəbər lenti

Xəbər lenti