...

Elmira Axundova: Heydər Əliyev adına Fondun dəvətilə Rusiyanın görkəmli alimi Azərbaycana gələcək

Siyasət Materials 9 Yanvar 2006 18:10 (UTC +04:00)
Elmira Axundova: Heydər Əliyev adına Fondun dəvətilə Rusiyanın görkəmli alimi Azərbaycana gələcək

Heydər Əliyev adına Fondun dəvətilə Rusiya yazıçılar Birliyinin və jurnalistlər İttifaqının üzvü, "Bəyazidin müdafiəsi: həqiqət və gerçəklik" kitabının müəllifi professor Rudolf Nikolayeviç İvanov yanvarın 10-dan 15-dək Azərbaycanda olacaq. Azərbaycanın Milli Məclisinin deputatı, əməkdar jurnalist Elmira Axundova Trend ə bildirib ki, professor İvanov həm də Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin, Azərbaycanın hərbi generallarının və Naxçıvan xanlarının - Hüseyn xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski və Kəlbəli xan Naxçıvanskinin malik olduğu sülalələrin tarixinə həsr olunmuş real tarixi faktların tədqiqi ilə məşğul olur.

E.Axundovanın sözlərinə görə, ötən il Rusiya televiziyası ilə 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsinə həsr olunmuş "Bəyazid" televiziya filmi nümayiş etdirilib. Film E.Axundovanın qeyd etdiyi kimi, heç də həmişə tarixi faktlara kifayət qədər nəzakətlə yanaşmayan Valentin Pikulun romanı əsasında çəkilib. Amma filmin yaradıcı heyəti həqiqətlərdən daha çox uzaqlaşıb. O, qeyd edib ki, burada qalanın müsəlman mənşəli müdafiəçilərinin obrazı daha çox təhrifə məruz qalıb. Filmin nümayişindən sonra Rusiyanın "Nezavisimaya qazeta"da Rudolf İvanovun "Bəyazidin müdafiəsi: həqiqət və uydurma" adlı böyük həcmli məqaləsi nəşr edildi. Burada müəllif qalanın bir sıra qəhrəman müdafiəçilərinin, o cümlədən polkovnik İsmayıl xan Naxçıvanskinin də parlaq obrazını yaradıb. E.Axundovanın sözlərinə görə, filmin yaradıcılarının versiyalarına baxmayaraq rusiyalı alim polkovnik İsmayıl xan Naxçıvanskini "cəsur və vicdanlı zabit" kimi xarakterizə edir. R.İvanovun araşdırmalarına əsasən, İsmayıl xan Rusiya imperiyasının yüksək m kafatlarına layiq görülüb.

E.Axundovanın sözlərinə görə, R.İvanov öz araşdırmalarını davam etdirərək "Bəyazidin müdafiəsi: həqiqət və gerçəklik" kitabını yazıb və burada azərbaycanlıların qəhrəmanlığından bəhs edərək Kəlbəli xan və İsmayıl xan Naxçıvanskilərin portretlərini çox gözəl yaradıb.

E.Axundovanın fikrincə, rus aliminin apardığı fəaliyyətin əhəmiyyəti yüksək qiymətə layiqdir. Onun işləri Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın diqqətini cəlb edib və o, Rusiyanın tanınmış yazıçı və tarixçisini Bakıya dəvət edib. "Rudolf Nikolayeviç Mehriban xanımın dəvətini ruh yüksəkliyi ilə qəbul edib və bir zamanlar hərbi-dənizçilik məktəbində təhsil alarkən gəncliyini keçirdiyi şəhərlə görüşü səbirsizliklə gözləyir"- deyə deputat qeyd edib.

Deputatın fikrincə, gəncləri öz tarixinə, xüsusilə də hərbi keçmişi ilə bağlı tarixə fəxarət hissi ilə tərbiyələndirmək çox vacibdir.

Alimin Azərbaycana səfərinin əsas məqsədi Azərbaycan ziyalıları, alimləri ilə görüşmək, Azərbaycan tarixinin onu maraqlandıran dövrü ilə bağlı fikir mübadiləsi aparmaq və onun roman yazmağa hazırlaşdığı Naxçıvan sülalələri barədə material toplanmasıdır. Rusiyalı tarixçi Bakı Slavyan Universitetində "Bəyazidin müdafiəsi: həqiqət və gerçəklik" kitabının təqdimatını keçirmək niyyətindədir. O, Yazıçılar Birliyində, AMEA-da görüşlər keçirəcək, kitab naşirləri ilə görüşəcək, həmçinin Naxçıvan MR-ə səfər edəcək.

R. İvanov 23 kitabın, habelə Rusiya imperatorluğu və Qafqazın tarixinə həsr olunmuş məqalələrin əsas yer tutduğu təxminən 200 məqalənin müəllifidir.

Xəbər lenti

Xəbər lenti