...

Türkiyə prezidentinin Azərbaycana səfəri yanvarın 25-26-na planlaşdırılır

Siyasət Materials 12 Yanvar 2006 14:04 (UTC +04:00)

İlkin məlumatlara əsasən, Türkiyə prezidenti Əhməd Necdəd Sezər Azərbaycana 2006-cı il yanvarın 25-26-da səfər edəcək. Bu barədə Trend ə Türkiyənin xarici işlər nazirinin attaşesi Özge Ağca məlumat verib.

"Hazırda Azərbaycan və Türkiyənin XİN nümayəndələri tərəfindən səfərə hazırlıq işləri görülür", - deyə o qeyd edib. Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Abdulla Gül Azərbaycana qarşıdakı səfər zamanı prezident Ə.N.Sezəri müşayiət etməyəcək.

Səfər zamanı ikitərəfli və regional əməkdaşlığın inkişafı, birgə energetika layihələrinin reallaşdırılması ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərlə bağlı hazırlıq işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti