...

Ankarada böyük təhsil kompleksinə eks-prezident Heydər Əliyevin adı verilib

Siyasət Materials 18 Yanvar 2006 11:48 (UTC +04:00)

Yanvarın 17-də Ankaranın Batıkənd rayonunda yerləşən, 10 min 300 kv.m sahəni əhatə edən və üç korpusdan ibarət təhsil kompleksinə eks-prezident Heydər Əliyevin adı verilb. Trend AzərTAc-a istinadən xəbər verir ki, bununla əlaqədar "Türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adı bu məktəbə əbədi olaraq, Türkiyə Cümhuriyyəti yaşadıqca verilir" sözləri yazılmış Protokolu Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov və Ankara valisi İbrahim Kamal Önal imzalayıblar. Heydər Əliyev Fondunun himayə edəcəyi təhsil kompleksində məktəbəqədər tərbiyə müəssisəsi, idman korpusu, kompüter zalı, laboratoriyalar və kitabxana fəaliyyət göstərir. Təhsil kompleksi ən müasir standartlar səviyyəsində təchiz olunub.

Ümummilli liderimizin adını daşıyan məktəb Bakının təhsil ocaqları ilə şagird mübadiləsi də həyata keçirəcək.

Xəbər lenti

Xəbər lenti