...

Ölkəyə 1,5 milyon ədəd sosial sığorta şəhadətnaməsi gətirilib

Siyasət Materials 24 Yanvar 2006 18:17 (UTC +04:00)

"Azərbaycana 1,5 milyon ədəd sosial sığorta şəhadətnaməsi gətirilib". Trend xəbər verir ki, bu barədə yanvarın 24-də Milli Məclisdə "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" qanun layihələrinin müzakirəsi zamanı Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov bildirib.

S.Müslümov onu da bildirib ki, şəhadətnamələrin tətbiq edilməsi üçün ölkəyə lazımi texniki avadanlıqlar gətirilib və quraşdırılıb: "Hələlik bu prosesə başlanılmayıb. Lakin təşkilat və müəssisələrə, fiziki şəxslərə doldurmaq üçün ərizə formaları paylanılıb. Sənədlər doldurulduqdan sonra əmək pensiyası alanların sayı məlum olacaq".

Sosial Müdafiə Fondunun sədri onu da bildirib ki, sənədləşmə işləri yekunlaşdırıldıqdan sonra əmək pensiyası ala biləcək insanlara sosial sığorta şəhadətnaməsi paylanacaq.

Xəbər lenti

Xəbər lenti