...

Ana Vətən Partiyası YAP-ın namizədlərini dəstəkləyəcək

Siyasət Materials 30 Yanvar 2006 15:02 (UTC +04:00)

"Ana Vətən Partiyası (AVP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərini dəstəkləyə bilər". Bu barədə Trend ə AVP sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

F.Ağamalı onu da bildirib ki, rəhbərlik etdiyi partiya təkrar seçkilərdə iştirak etməyi qərara alıb: "Partiyanın Mərkəzi Şurasında bu məsələ ilə bağlı müzakirə aparılıb. Qərara alınıb ki, partiyanın hər bir üzvü təkrar seçkilərə qatıla bilərər və AVP namizədlərinə dəstək olacaq. Əgər seçkilərdə üzvlərimiz iştirak etməsələr onda partiyamız YAP-ın namizədlərini dəstəkləyəcək".

Xəbər lenti

Xəbər lenti