Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Anatoli Kinax yanvarın 30 - fevralın 2-də Gürcüstan və Azərbaycana səfər edəcək. Trend in məlumatına görə, bu barədə MTMŞ-nın mətbuat xidmətindən xəbər verilib.
Tbilisidə olarkən Anatoli Kinax Gürcüstanın Milli Təhlükəsizlik Şurasının katibi Konstantin Kemulariya, Gürcüstanın baş naziri Zurab Noqaideli, Gürcüstan parlamentinin sədri Nino Burcanadze və hökumətin nümayəndələri ilə görüşəcək.
Azərbaycanda prezidentin İA-nın prezidenti Ramiz Mehdiyev, baş nazir Artur Rasizadə, ölkə prezidenti İlham Əliyev və hökumətin üzvləri, eləcə də xarici işlər naziri Elmar Məmmədyarov, milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşləri keçiriləcək. Bu barədə "proUA" məlumat yayıb.