...

Seçki Məcəlləsi və MSK-nın tərkibinə yenidən baxıla bilər

Siyasət Materials 30 Yanvar 2006 18:38 (UTC +04:00)

Mayın 13-də nəticələri ləğv edilmiş on dairə üzrə Milli Məclisə (MM) keçiriləcək təkrar seçkinin daha demokratik olması üçün həm Seçki Məcəlləsi, həm də Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinə yenidən baxıla bilər. Trend xəbər verir ki, parlamentin vitse-spikeri Bahar Muradova belə deyir. Onun sözlərinə görə, bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri MM-in işinə qatılmalıdırlar. B.Muradova onu da bildirir ki, parlamenti boykot edən müxalifət deputatlarının yerinə MM-ə əlavə seçkinin təyin olunmasıyla bağlı qərar verməkdə tələsməyəcək, prosedur qaydalarına uyğun olaraq, 30 iclas müddətinin bitməsini gözləyəcəklər.

MSK-dan verilən məlumata görə isə, artıq 70-ə yaxın şəxs namizəd kimi qeydiyyata alınıb. Martın 3-nə kimi namizədlərin irəli sürülməsi, təsdiqlənməsi və digər prosedurlar başa çatmalıdır.

Xalq Cəbhəsi, Demokrat və Müsavat partiyalarının birləşdiyi "Azadlıq" bloku və Milli Birlik Hərəkatı seçkinin saxtalaşdırıldığı iddiasıyla yeni seçilmiş MM-i legitim saymır, parlamentin iclaslarına qatılmırlar.

Xəbər lenti

Xəbər lenti