...

Elmar Məmmədyarov: "Fransa regionda gedən proseslərdə daha fəal iştirak etməlidir"

Siyasət Materials 31 Yanvar 2006 13:40 (UTC +04:00)

"Fransa Cənubi Qafqazda gedən proseslərdə daha fəal iştirak etməlidir". Azərbaycan XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycandakı diplomatik missiyası başa çatan səfiri Rolan Blatmanla görüşdə bəyan edib.

Nazir regionda sabitlik və təhlükəsizliyin bərpasının, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq norma və prinsiplər, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində nizamlanmasının vacibliyini xüsusi qeyd edib.

Səfir isə öz növbəsində diplomatik fəaliyyətində ona göstərilmiş köməyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu və beynəlxalq ictimaiyyətin səyi ilə nizamlanacağına ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti