...

Etibar Məmmədovun liderlik etdiyi AMİP-in təkrar seçkilərlə bağlı qərarı fevralda olacaq

Siyasət Materials 31 Yanvar 2006 14:55 (UTC +04:00)

"Yeni Siyasət" blokunun təkrar parlament seçkilərində iştirakı ilə bağlı qərarı Azərbaycan Milli istiqlal Partiyasının (AMİP) mövqeyini əks etdirmir. Bu barədə Trend ə Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) məlumat verilib. Partiyadan bildirilib ki, AMİP təkrar seçkidə iştirak edib-etməycəyi ilə bağlı qərarı fevral ayında qəbul ediləcək.

""Yeni Siyasət" blokunun Koordinasiya Şurasının yanvarın 30-da çıxardığı qərarı tövsiyə xarakteri daşıyır. AMİP-in seçkidə iştirak edib-etməməklə bağlı qərarı vermək hüququ isə partiyanın seçkili orqanlarının səlahiyyətlərinə aiddir. Partiyanın isə bu barədə hələ ki heç bir qərarı yoxdur"-deyə AMİP-in bəyanatında bildirilir.

Xəbər lenti

Xəbər lenti