...

Etibar Məmmədovun AMİP-ində hələ ki, sədrliyə iddia edən yoxdur

Siyasət Materials 1 Fevral 2006 16:54 (UTC +04:00)

Etibar Məmmədovun lideri olduğu Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) hələ ki, sədr postuna namizədliyini irəli sürən və ya sədrliyə iddialı olan yoxdur. Bu barədə Trend ə partiyanın təşkilat katibi Rəşad Bayramov məlumat verib. O bildirib ki, AMİP-in yeni sədri aprelin son ongünlüyündə keçiriləcək qurultayında seçiləcək. Qurultay isə bütün rayon və şəhər təşkilatlarının konfransları yekunlaşdıqdan sonra keçiriləcək.

Rəşad Bayramov bildirib ki, sədrliyə namizədlər həm partiya üzvləri tərəfindən irəli sürülə bilər, həm də sədr olmaq istəyən şəxs özü öz namizədliyini verə bilər. Həmçinin, qurultayda iştirakçılar tərəfindən kiminsə namizədliyi irəli sürülür. AMİP-in təşkilat katibi qeyd edib ki, sədrliyə namizədlər qurultaydan əvvəl namizəd olacaqlarını bəyan edə bilərlər. Amma hazırda belə bir iddia ilə çıxış edən şəxs yoxdur.

R.Bayramov həmçinin, deyib ki, AMİP-in Ədliyyə Nazirliyinə təqdim olunan sənədləri araşdırılır və apreldə keçiriləcək qurultaydan əvvəl partiyaya cavab veriləcək.

Xəbər lenti

Xəbər lenti