...

Milli Məclisin spikeri Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvilini qəbul edib

Siyasət Materials 2 Fevral 2006 14:29 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan parlamenti sədrinin fevralın 2-də Azərbaycanda səfərdə olan müavini Cemal İnaişvilini qəbul edib. Trend xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasındakı dostluq və qardaşlıq əlaqələrinin genişləndirilməsi barədə danışıqlar aparılırb.

Parlamentin spikeri bildirib ki, iki ölkə arasında olan dostluq əlaqələrinin möhkəmləndirilməsi başlıca amildir. Bu dostluq münasibətləri hər iki dövlətin inkişafına böyük təkan verir. Bundan sonra da Azərbaycan Gürcüstanla bir sıra irimiqyaslı layihələrin həyata keçirilməsində birgə iştirak edəcək. O.Əsədov qonaqın diqqətinə çatdırıb ki, Azərbaycan Gürcüstanla hərtərəfli əlaqələrin yaradılmasında maraqlıdır.

Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvili hər iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədilə Azərbaycana səfər etdiyini spikerin nəzərinə çatdırıb. Qonaq bildirib ki, bu əlaqləri daha da genişləndirmək vacib şərtlərdəndir.

C.İnaişvili Gürcüstanda yaranmış enerji probleminin aradan qaldırılmasında köməklik göstərən Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycan xalqına öz adından və Gürcüstan xalqının adından minnətdar olduğunu da spikerlə görüşündə qeyd edib.

Xəbər lenti

Xəbər lenti