...

Pənah Hüseyn: "Parlamentə getməyimlə bağlı qərarım ümumi vəziyyətdən asılı olacaq"

Siyasət Materials 3 Fevral 2006 14:01 (UTC +04:00)

"Mənim parlamentə getməyimlə bağlı qərarım və mövqeyim ümumi vəziyyətdən asılı olacaq". Bu barədə Trend ə "Azadlıq" blokundan millət vəkili seçilən Pənah Hüseyn bildirib.

P.Hüseyn onu da qeyd edib ki, Müsavat Partiyasının başqanı İsa Qəmbərin dəvəti ilə adıçəkilən blokdan millət vəkili seçilən insanlarla görüşüdə parlamentin işinə qatılıb qatılmamaq barədə fikir mübadiləsi aparılıb: "Getsək bizi nə gözləyir, getməsək nə gözləyir" suallarına cavab arandı". Qeyd edək ki, İsa Qəmbərlə görüşdə Pənah Hüseyn, Nəsib Nəsibli, İkram İsrafil, İltizam Əkbərli və Arzu Səmədbəyli iştirak ediblər.

P.Hüseyn onu da vurğulayıb ki, başqanla görüşdə digər məsələlər də müzakirə olunub: "Ancaq əsas məsələ bizim parloamentin yaz sessiyasına qalımağımızla bağlı olduğundan daha çox bunun üzərində dayandıq".

Millət vəkili qeyd edib ki, bu məsələ ilə bağlı şəxsən onun mövqeyi və qərarı qəbul ediləcək ümumi qərardan asılı olacaq: "Ya birlikdə gedəcəyik, ya da getməyəcəyik".

Xəbər lenti

Xəbər lenti