...

Fransanın üzüm növləri artıq Gəncədədir

Siyasət Materials 3 Fevral 2006 19:42 (UTC +04:00)

1984-cü ildə Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılan və 1998-ci ildən səhmdar cəmiyyətə çevrilən "Gəncə Şərab-2" zavodunun əsas fəaliyyəti şərab məhsulları istehsalı və satışıdır. Hazırda müəssisədə 400 nəfərə yaxın işçi çalışır. Nizamnamə kapitalı 11978212,0 manat təşkil edən zavodun ötən il məhsul istehsalı 12 milyard manata bərabər olub.

SC-də hal-hazırda 9 növ üzrə məhsul- şərab, konyak,araq,konyak spirti və s. istehsal olunur.

Müəssisədən verilən məlumata görə, cəmiyyət istehsal fəaliyyətini genişləndirmək məqsədilə şəhər İcra Hakimiyyətinin müvafıq sərəncamı ilə 83 ha torpaq sahəsini icarəyə götürüb, həmin sahənin 78 ha-da 157 500 ədəd fransız Şardone, Kaberne-Şavinyon növü və 6 min ədəd yerli növ üzüm tingi əkilib. Fransız üzüm növlərinin keyfiyyətini və məhsuldarlığını yüksək qiymətləndirən yerli mütəxəssislər müəssisə rəhbərinə əkin sahələrini genişləndirməyi tövsiyə edib. Odur ki, bundan sonra da əlavə torpaq (200 ha) sahəsi də icarəyə götürülməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti