...

Azərbaycanda Rusiya İlinin təntənəli açılışı fevralın 21-də Bakıda keçiriləcək

Siyasət Materials 7 Fevral 2006 16:20 (UTC +04:00)
Azərbaycanda Rusiya İlinin təntənəli açılışı  fevralın 21-də Bakıda keçiriləcək

Fevralın 21-də Bakıda incəsənt ustalarının böyük konserti ilə Azərbaycanda Rusiya İlinin təntənəli açılış mərasimi keçiriləcək. Trend in məlumatına görə, bu barədə bu gün mətbuat konfransında Azərbaycanın RF-da yeni səfiri Polad Bülbüloğlu bildirib. Bu irimiqyaslı ictimai-siyasi aksiya səfirin sözlərinə görə, "iki dövlətin dostcasına qarşılıqlı münasibətləri tarixində mühüm hadisə olan" Rusiyada Azərbaycan İlinə cavab olaraq keçirilir.

Polad Bülbüloğlu bildirib ki, tanınmış musiqiçilərin, rəssamların, teatr və kino ustalarının, aparıcı yaradıcı kollektivlərin iştirakı ilə Mədəniyyət Günlərinin keçirilməsi qarşılıqlı ənənə halını alıb. Onun sözlərinə görə, Azərbaycanda Rusiya incəsənətinə dəyişməyən məhəbbət mövcuddur. Bunu Rusiyadan artistlərin Bakıya və respublikanın digər şəhərlərinə qastrolları sübut edir.

2006-cı ilin əsas hadisəsi Azərbaycanda XX əsrin böyük bəstəkarı Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş musiqi festivalı olacaq. Tam bir həftə davam edəcək festivala Bakıda doğulmuş görkəmli rus musiqiçisi Mstislav Rostropoviç rəhbərlik edə biləcək.

Məşhur müğənni və son vaxtlaradək Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu qeyd edib ki, onun üçün Rusiyaya səfir təyin edilməsi əlamətdar hadisədir. Axı Moskva və Rusiya ilə onun yaradıcılıq bioqrafiyasının ən yaxşı səhifələri bağlıdır. "Mənim üçün sizin paytaxt xüsusilə cəzbedicidir. Burada mənim konsertlərim və yaradıcılıq hesabatlarım keçirilib, mən burada populyarlıq qazanmışam ", - deyə o bildirib. Bu barədə İTAR-TASS məlumat verib.

Xəbər lenti

Xəbər lenti