...

Həzi Aslanov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə SKAD Proqramının texniki yardımı ətrafında çıxış edib

Siyasət Materials 7 Fevral 2006 18:03 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SKAD) Regional Yardım Proqramının növbəti İdarəetmə Komitəsinin Gürcüstanda keçirilən iclasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə "SKAD" Proqramının texniki yardımı ətrafında çıxış edib.

Bu barədə Trend ə Həzi Aslanov məlumat verib.

H.Aslanov Azərbaycan Hökumətinin, Daxili İşlər Nazirliyinin və müvafiq dövlət, qeyri-hökumət təşkilatlarının son dövrlər narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan uğurlu islahatlar barədə məlumat verib.

Tədbir çərçivəsində müzakirələr zamanı Regional hesabatda Ermənistan tərəfin Azərbaycanla sərhədlərin 1007 km əvəzinə 787 km göstərilməsi Azərbaycan nümayəndə heyətinin dliqqətindən yayınmayıb və nümayəndə heyətinin adından bununla bağlı əsl həqiqətlər iclasm iştirakçılarının nəzərinə çatdırılıb.

Ümumi müzakirələrdən sonra SKAD Proqramının 2006-cı il üçün Planı müəyyən təkliflər nəzərə alınmaqla İdarəetmə Komitəsi tərəfindən təsdiq olunub.

Xəbər lenti

Xəbər lenti